Tayvan və Birləşmiş Ştatlar gələcəkdə müxtəlif qlobal problemlərin öhdəsindən gəlmək üçün birlikdə çalışacaqlar.
Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Tayvan administrasiyasının hazırkı rəhbəri Tsay İnq-ven Amerika rəsmilərindən ibarət nümayəndə heyəti ilə görüşündə deyib. O qeyd edib ki, görüş zamanı Amerika rəsmilərinin gəlişi təkcə Vaşinqtonun dəstəyini deyil, həm də Tayvan və ABŞ arasında güclü tərəfdaşlığı nümayiş etdirir.
Tsay İnq-ven əmin olduğunu bildirib ki, əlaqələr yaxşılaşdıqca Tayvan və ABŞ ekologiya, elmi-texniki inkişaf və təhsil sahələrində əməkdaşlığı genişləndirəcəklər. Tsai İnq-ven həmçinin Tayvan-ABŞ münasibətlərinin regional və qlobal inkişaf üçün mühüm hərəkətverici qüvvə olacağını gözləyir.
//Gülnarə Abasova, Editor.az

