Tayvan ölkəyə gələn xarici turistlərə 165 dollar verəcəkbackend

Tayvan ölkəyə gələn xarici turistlərə 165 dollar verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan turizmi stimullaşdırmaq üçün ölkəyə gələn hər əcnəbi turistə 5000 NTD (165 ABŞ dolları) verəcək.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, məqsəd turistlərin sayını artırmaqdır. Turizm, Nəqliyyat və Rabitə (MOTC) naziri Vanq Kvo-tsai mətbuata açıqlama verərək iqtisadi dəstək paketi haqqında ətraflı məlumat verib. Vanq planlaşdırılan strategiyalar çərçivəsində xarici turistlər üçün 5 min NTD nağd xərc dəstəyi və turizm agentliklərinin Tayvana gətirdiyi hər bir tur qrupu üçün 10 min ilə 20 min NTD subsidiya verəcəklərini bildirib. Bütün bunlarla yanaşı, Vanq əlavə edib ki, mehmanxana xidmətlərinin imkanlarını artırmaq üçün işəgötürənlər yeni ev və təmizlik işçilərinin maaşını müəyyən səviyyəyə qaldırarsa, MTK hər bir işəgötürənə hər işçi üçün 5000 NTD məbləğində aylıq bonus verəcək.

//Gülnarə Abasova, Editor.az