Tayvan risk etsə, onu məhv edəcəyik – Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsinin sədribackend

Tayvan risk etsə, onu məhv edəcəyik – Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsinin sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsinin sədri Çen Binhua bildirib ki, Çin Tayvana qarşı güc tətbiqindən heç vaxt imtina etməyəcək.

Onun sözlərinə görə, “Tayvan risk etsə,” bu, onun məhvinə gətirib çıxaracaq. Lakin Pekin ada ilə sülh yolu ilə birləşməyə çalışmağa hazırdır. “Biz son dərəcə səmimiyyət və tam qətiyyətlə sülh yolu ilə birləşməyə səy göstərməyə hazır olduğumuzu bəyan edirik. Eyni zamanda, biz heç vaxt güc tətbiqindən imtina etməyi öhdəmizə götürməyəcəyik”, – Çen Binhua deyib.

Xatırladaq ki, Çen Binhua bu bəyanatı Tayvan yaxınlığında hərbi təlimlərin getdiyi bir zamanda verib. “Tayvanın nə qədər əsgəri və nə qədər silahı olmasının və kənar qüvvələrin müdaxilə edib etməməsinin əhəmiyyəti yoxdur, əgər o (Tayvan) risk almağa cəsarət etsə, bu, öz məhvinə gətirib çıxaracaq. ”, – o əlavə edib.

///Samir Qurbanov, Editor.az