Tayvan Rusiya və Belarusa qarşı sanksiya siyahısını genişləndirdibackend

Tayvan Rusiya və Belarusa qarşı sanksiya siyahısını genişləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanın İqtisadiyyat Nazirliyi Rusiya və Belarusa ixracı qadağan edilən yüksək texnologiyalı malların siyahısını genişləndirib.

Editor.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti bildirib. Press-relizdə qeyd olunur ki, Tayvan yüksək texnologiyalı malların hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün siyahını genişləndirib.

İqtisadiyyat Nazirliyi bu siyahıya ilk növbədə nüvə enerjisi maddələri, müxtəlif mal və materiallar, kimyəvi maddələr və dəzgahlara aid olan 52 maddə əlavə edib. Mətbuat xidməti xatırladır ki, Tayvan Rusiya Federasiyası və Belarusa qarşı ilk ixrac məhdudiyyətlərini 2021-ci ilin may ayında tətbiq edib.

Sonra siyahıya sensorlar, lazerlər və aerokosmik məhsullar daxil olmaqla 57 məhsul daxil edilib. İqtisadiyyat Nazirliyi həmçinin Rusiya Federasiyası və Belarus bazarlarına yönəlmiş kiçik və orta biznesi dəstəkləyəcəyini və istehsalın digər bazarlara şaxələndirilməsinə kömək edəcəyini bildirib.

//Samir Qurbanov,Editor.az