Tayvanda baş verən zəlzələ son 25 ilin ən güclü zəlzələsi olubbackend

Tayvanda baş verən zəlzələ son 25 ilin ən güclü zəlzələsi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adanın Mərkəzi Meteorologiya İdarəsinin rəhbəri Vu Jianfu Tayvanda baş verən zəlzələnin 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olduğunu bildirib.

Editor.az bu barədə TASS-a istinadla xəbər verir. “Bugünkü 7,2 bal gücündə zəlzələ 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olub. Yeraltı təkanlar mərkəzi və şimal hissələr də daxil olmaqla, bütün Tayvanda hiss olunub”,- deyə bildirilir.

Qeyd olunub ki, 25 il əvvəl Tayvanın Jiji şəhərində 7,3 bal gücündə zəlzələ baş verib. Həmin vaxt 11 mindən çox insan yaralanıb. Daha əvvəl bildirilmişdi ki, Tayvan Silahlı Qüvvələri adada baş verən güclü zəlzələdən sonra xilasetmə əməliyyatlarında fəal iştirak edir. Nazirlikdən verilən məlumata görə, ikinci əməliyyat bölgəsi fövqəladə hallarda yardım göstərmək üçün öz əsgərlərini göndərib. Nazirlik həmçinin vətəndaşların həyat və əmlakının təhlükəsizliyini təmin etmək üçün real vaxt rejimində vəziyyətə nəzarət edəcək və silahlı qüvvələri göndərəcək müdaxilə mərkəzinin yaradıldığını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az