Tayvanda eynicinsli cütlüklərə uşaq övladlığa götürməyə icazə verilibbackend

Tayvanda eynicinsli cütlüklərə uşaq övladlığa götürməyə icazə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asiyanın eynicinsli nikahlarla bağlı qabaqcıl ölkələrindən biri olan Tayvanda uşaq övladlığa götürülməsi ilə bağlı verilən son qərar evlilikdə bərabərliyin təmin olunması üçün son maneələrdən birini aradan qaldırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, artıq eynicinsli nikahları qanuniləşdirən ilk Asiya ölkəsi olan Tayvanda gey və lezbiyan cütlüklər qanuni olaraq övladlıq götürə bilərlər. 2019-cu ildə Tayvanda bu tarixi qanuniləşdirmə addımına baxmayaraq yalnız heteroseksual cütlüklərə və subaylara bioloji qohumluğu olmayan uşaqları övladlığa götürməyə icazə verilmişdi. Bu, eyni cinsdən olan cütlüklərdən yalnız birinin uşağın qanuni qəyyumu kimi qeydiyyata alınmasına icazə versə də lakin uşağı böyütmək yükü onların hər iki çiynində idi. Son qanun dəyişikliyi ilə bu maneə aradan qaldırıldı.

//Gülnarə Abasova, Editor.az