Tayvanın cənub-şərqindəki Pinqtunq şəhərində raket sınaqlarına başlanılıb. Sınaqlar Tayvan Milli ÇunqŞan Elm və Texnologiya İnstitutu (NCSIST) tərəfindən həyata keçirilir.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, 10-12 may tarixləri arasında 3 gün ərzində yalnız səhər və günorta saatlarında ümumilikdə 4 dəfə raket sınaqları keçiriləcək. Sınaqları izləmək üçün “NCSIST” tərəfindən ərazidə pilotsuz uçuş aparatlarından istifadə olunacaq.
Rəsmilər raket sınaqları ilə bağlı təyyarə və gəmilərə Tayvanın Orxideya adası və Yaşıl adanı əhatə edən cənub-şərq sularında sınaq zonasına yaxınlaşmamaq barədə xəbərdarlıq ediblər. Buna baxmayaraq dünən yerli vaxtla saat 05.00 radələrində Çin Xalq Respublikasına aid bir döyüş gəmisi təsbit edilib.
Qeyd edək ki, Tayvanın 3 gün ərzində hansı raket növlərini sınaqdan keçirəcəyi ilə bağlı hələlik açıqlama verilməyib.
//Nəzərbəy Editor.az

