Tayvanda vaksindən ölən şəxsə 200 min dollar təzminat ödəniləcəkbackend

Tayvanda vaksindən ölən şəxsə 200 min dollar təzminat ödəniləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanda COVİD-19-a qarşı olan peyvəndin təsirindən həyatını itirən şəxsin ailəsinə hökumət 200 min dollar təzminat ödəyəcək. Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu haqda məlumatı ölkənin səhiyyə nazirliyi yayıb.

Bundan əlavə, hökumət vaksinasiyanın fəsadları ilə üz-üzə qalanlara, həyatını itirən şəxslərin ailə üzvlərinə də təzminatların ödəniləcəyini bildirib. Mütəxəssislər təzminata görə təkcə fevral ayı üçün 4 min müraciətin olduğunu bildirib. Bu müraciətlərdən yalnız 300-nə baxıldığı açıqlanıb. Müraciətlər zamanı daha 6 nəfərin vaksinasiyanın təsirindən öldüyü aşkarlanıb. Hökumət onların da ailə üzvlərinə təzminat ödənişlərinin veriləcəyini bildirib.

Qeyd edək ki, ölən 6 nəfərin 2 nəfərinə “Moderna”, 3 nəfərinə “AstraZeneca” biri nəfərə isə “Pfizer-BioNTech” peyvəndi vurulmuşdu.

//Editor.az