Tayvanda COVİD-19 virusu yenidən sürətli bir şəkildə yayılmağa başlayıb.
Editor.az İHA xəbər agentliyinə istinadən xəbər verir ki, son 24 saatda ölkədə 24139 yoluxma qeydə alınıb. Bu barədə Tayvanın Səhiyyə naziri Çen Şih-Çunq keçirdiyi mətbuat konfrasında bildirib. O qeyd edib ki, dünən 5 nəfər koronavirusdan həyatını itirib.
Ölkədəki yoluxma sayının 29 faiz artdığnı bildirən səhiyyə naziri yoluxma sayının 200 minə çatacağı ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Tayvanda ümumi 173942 nəfərdə “COVİD-19” virusu təsbit edilib. Bu günə qədər virusdan 876 nəfər həyatını itirib.
//Nəzərbəy, Editor.az

