Tayvan administrasiyasının rəhbəri Lai Qingde deyib ki, əgər Çinin Tayvana qarşı iddiaları ərazi bütövlüyü ilə bağlıdırsa, o zaman Çin hakimiyyəti 19-cu əsrdə Rusiyaya verilmiş torpaqları da geri qaytarmalıdır.
Cənab Lai 1858-ci il Ayqun müqaviləsi məsələsini qaldırıb, hansı ki, bu müqavilə ilə Rusiya-Çin sərhədi Amur çayı boyunca quruldu və Primorye Rusiyanın tərkibinə daxil oldu.
Lai Qingdeyə görə, Çinin Tayvana hücum etmək və onu ilhaq etmək planlarının ada dövlətindəki hər hansı fərdin və ya siyasi partiyanın dedikləri və ya etdikləri ilə heç bir əlaqəsi yoxdur. O, əmindir ki, Çin hakimiyyəti Tayvanı ərazi bütövlüyü naminə ilhaq etmək istəmir. “Əgər bu, ərazi bütövlüyü naminədirsə, o, Rusiya tərəfindən işğal edilmiş və Ayqun müqaviləsi ilə verilmiş torpaqları niyə geri qaytarmır? Rusiya indi ən zəif vəziyyətdədir, elə deyilmi?… Siz Rusiyadan torpaqların qaytarılmasını tələb edə bilərsiniz, amma bunu etmirsiniz. Buna görə də, açıq-aydın görünür ki, onlar Tayvanı ərazi səbəblərinə görə işğal etmək istəmələr”, – deyə o bildirib.
//Samir Qurbanov, Editor.az