ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra ABŞ-Çin-Tayvan üçbucağında siyasi gərginlik davam edir.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Tayvan Xarici İşlər Nazirliyi Çinin təklif etdiyi “Bir ölkə, iki sistem” planını rədd etdiklərini açıqlayıb.
Çinin dərc etdiyi “Tayvan problemi və yeni dövrdə Çinin birləşməsi” adlı hesabata ada ölkəsindən reaksiya gəlib. Tayvan xarici işlər nazirinin sözçüsü Joanne Ou mətbuat konfransında “Yalnız tayvanlılar Tayvanın gələcəyini müəyyən edə bilər”,- deyib .
Qeyd edək ki, Çin 2000-ci ildən sonra Tayvanla bağlı dərc etdiyi ilk hökumət hesabatında ada ölkəsi üçün “Bir ölkə, iki sistem” həlli yolunu təklif edib. Hesabatda ABŞ-ın Tayvanı Çini mühasirəyə almaq üçün istifadə etdiyi vurğulanıb və “birləşmənin Tayvanın başqa bir xarici güc tərəfindən işğalının qarşısını ala biləcək yeganə həll yolu olduğu” iddia edilib.
//Gülnarə Abasova, Editor.az