Tbilisidə yanğın baş verib: Gürcüstan paytaxtının kənarında plastik məmulatların istehsal olunduğu fabrikin anbarı yanır.
Editor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Xidmətindən məlumat verilib. Artıq yanğınsöndürənlər yanğını söndürür, texnika işləyir. Lakin hələlik heç bir təfərrüat yoxdur: yanğının nə səbəbi, nə də ərazisi məlum deyil.
Nəzərinizə çatdıraq ki, plastiklərin əksəriyyəti yandırıldıqda insanlar üçün təhlükəli olan maddələr buraxır. Onlardan biri də karbon qazıdır. Bu birləşmə oksigeni tamamilə qandan çıxara bilər. Bu qazı 30 dəqiqə nəfəs alsanız, alınan doza öldürücü olacaqdır.
//Samir Qurbanov, Editor.az

