Azərbaycan və Ermənistanın ekspertlərdən ibarət nümayəndə heyətləri bu gün Tbilisiyə gəliblər. Gürcüstan paytaxtında Bakı və İrəvan nümayəndələri arasında görüş keçirilib.
Editor.az-ın məlumatına görə, Azərbaycan tərəfdən nümayəndə heyətinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev başçılıq edib. İrəvandan gələn nümayəndə heyətinə isə Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan başçılıq edib. Görüşdə AR və ER arasında mövcud məsələlər müzakirə olunub.
//Samir Qurbanov,Editor.az

