Tbilisidə erməni vəhşiliyi-Türkiyə vətəndaşına hücum edildibackend

Tbilisidə erməni vəhşiliyi-Türkiyə vətəndaşına hücum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Ankara Styl” restoranında bir Türkiyə vətəndaşı ermənilərin hücumuna məruz qalıb.Ermənistanın provakativ hücumları nəticəsində Qarabağ cəbhəsində yaşanan gərginliklə bağlı yaranmış mübahisənin sonunda türk erməni tərəfindən bıçaqlanıb.

Editor.az xəbər verir ki, vbu barədə məlumatı Gürcü-Türk İş Adamları Birliyi verib. Bildirilir ki, cinayətkar hadisə yerindən qaçmağa çalışsa da, Gürcüstan vətəndaşı olan azərbaycalı tərəfindən tutularaq, polisə təhvil verilmişdir.

Hadisə yerinə Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşları gəliblər. Faktla bağlı polisdə araşdırma başlanılıb.

Gürcü-Türk İş Adamları Birliyi bu dönəmdə hər kəsi diqqətli olmağa və provakasiyalara getməməyə çağırıb.

//Editor.az