1783-cü ildə Rusiya imperiyası ilə “Gürcüstan və Rusiya arasında əbədi birlik” haqqında Georgiyevsk müqaviləsini bağlayan Şərqi Gürcüstan çarı II İraklinin Tbilisidə abidəsi ucaldılacaq.
Editor.az bildirir ki, bu barədə jurnalistlərə hakim Gürcü Arzusu (GM) partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze məlumat verib. “II İrakli döyüş qabiliyyəti, xarici siyasətdə düzgün addımları və praqmatizmi ilə Gürcüstanın dini kimliyini qoruyub saxladı”, – mer vurğulayıb. Abidənin yaxın aylarda ucaldılması planlaşdırılır, lakin dəqiq nə vaxt məlum deyil. Kaladze çıxışında II İrakli abidəsinin qoyulmasının əsas əleyhidarının – “Vahid Milli Hərəkat”ın (VMM) Mixail Saakaşvilinin də adını çəkib və deyib ki, “Əlbəttə ki, onlar ənənəvi və milli hər şeyə qarşıdırlar”.
Qeyd edək ki, VMH hakimiyyətin təşəbbüsünü “26 oktyabrda keçiriləcək parlament seçkilərindən dərhal sonra Gürcüstanı Rusiyaya təslim etmək üçün Moskvaya növbəti siqnal” kimi qiymətləndirib. Müxalifətin təfsirinə görə, 1801-ci ildə, Georgiyevsk müqaviləsi bağlandıqdan bir neçə il sonra Sankt-Peterburq “Gürcü krallığını tamamilə ləğv etdi və Gürcüstanın adi bir Rusiya vilayəti kimi Rusiya imperiyasına daxil olduğunu elan etdi”. Saakaşvilinin partiyası əmindir ki, GM-in oxşar planları var və “Rusiya tərəfindən aldadılan çar İraklinin abidəsinin ucaldılması Gürcüstan dövlətçiliyinin ləğvi istiqamətində ilk addımdır.
//Samir Qurbanov, Editor.az