Gürcüstan parlamentinin deputatı Quram Maçaraşvili müxalifətin oktyabrın 4-də Tbilisidə keçirilən mitinqini Avropa İttifaqının maliyyələşdirməsindən şübhələndiyini bildirib.
Natiq qeyd edib ki, Aİ səfirinin etirazlara susması Avropadan maliyyə yardımı olub-olmaması ilə bağlı suallar yaradır.
Maçaraşvili onu da vurğulayıb ki, gürcü xalqı inqilab istəmir. Bu, müxalifətin mitinqində iştirak edənlərin sayından aydın görünürdü, – deyə deputat izah edib: “Hökuməti devirməyə kifayət qədər adam gəlib. Bilirsən niyə gəlmədilər? Xalq inqilab istəmir”, – Quram Maçaraşvili deyib.
//Samir Qurbanov, Editor.az

