Tbilisidə keçmiş dövlət naziri saxlanıldıbackend

Tbilisidə keçmiş dövlət naziri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvilini Tbilisidə xarici agentlər haqqında qanuna etiraz etdiyinə görə saxlanılıb.

Editor.az “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyib. Sabiq məmur xırda xuliqanlıq və hüquq-mühafizə orqanlarına tabe olmamaqda ittiham edilərək saxlanılıb. Gürcüstan parlamenti aprelin ortalarında xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Sənəd Tbilisidə müxalifətin kütləvi etirazlarına səbəb olub. Etirazlarda minlərlə insan iştirak edir. Bir gün əvvəl, aprelin 28-də keçirilən nümayişdə etirazçılarla polis arasında toqquşmalar başlayıb. Hüquq-mühafizə orqanları bibər qazından istifadə edib. Hazırda parlament binası yaxınlığında vəziyyət sakitdir, etirazçıların əksəriyyəti dağılıb, xüsusi təyinatlıların sayı azalıb.

//Samir Qurbanov, Editor.az