Tbilisidə mitinq iştirakçıları parlamentinin binasının yaxınlığında barrikadalar qurmağa başlayıblarbackend

Tbilisidə mitinq iştirakçıları parlamentinin binasının yaxınlığında barrikadalar qurmağa başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən mitinq iştirakçıları barrikadalar qurmağa başlayıblar.

Editor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb. Nümayişçilər onları Gürcüstan parlamentinin binasının təxminən 500 metrliyində zibil qutularından və dəmir baryerlərdən tikirlər.

Təxminən bir saat əvvəl asayiş keşikçiləri etirazçıları dağıtmağa növbəti cəhd ediblər. Bunun üçün onlar qaz və səs-küylü qumbaraatanlardan istifadə ediblər. Onlar buna cavab olaraq təhlükəsizlik qüvvələrinə şüşə atmağa başlayıblar. Bir müddət sonra asayiş keşikçiləri Rustaveli prospektinin bir hissəsini tərk ediblər, bundan sonra etirazçılar mümkün qədər parlament binasına yaxınlaşaraq barrikadalar qurmağa başlayıblar.

//Samir Qurbanov, Editor.az