Tbilisidə qaz kəmərində qəza baş verib: on minlərlə insan qazsız qalıbbackend

Tbilisidə qaz kəmərində qəza baş verib: on minlərlə insan qazsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtında qaz kəmərində baş verən qəza nəticəsində 12 mindən çox insan qazsız qalıb.

Editor.az bildirir ki, məlumatı “Tbilisi Energy” yayıb.

Qeyd olunur ki, qəza yanvarın 7-nə keçən gecə Tbilisidə Lex Kaçinski küçəsində baş verib. Özəl sektorun sakinləri yanacaqsız qalıb. İctimai iaşə obyektlərində, tibb müəssisələrində də qaz yoxdur. Qazpaylayıcı şirkətdən verilən məlumata görə, bərpa işlərinə bu gün səhər saatlarında başlanılıb və yanvarın 8-i axşam saatlarında başa çatdırılmalıdır. “Ehtiyatlı olun və qaz klapanlarını açıq qoymayın”, – “Tbilisi Energy” yazıb.

//Samir Qurbanov, Editor.az