Tbilisidəki bankın filialına hücum: İnsanlar girov götürülüb – YENİLƏNİBbackend

Tbilisidəki bankın filialına hücum: İnsanlar girov götürülüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank of Georgia”nın Tbilisidəki filialına hücumu odlu silahı olan bir nəfər törədib.

“Sputnik Gürcüstan” xəbər verir ki, bunu həmin vaxt bankın yaxınlığında olan şahid jurnalistlərə deyib.

Onun sözlərinə görə, həmin şəxs dərhal bir qadını buraxıb. Qadın hazırda bankda üç əməkdaşın və bir mühafizəçinin olduğun bildirib.

Tbilisinin Avlabari rayonunda “Bank Of Georgia”ya hücum bu gün günorta saatlarında baş verib.

Polis əməkdaşları Avlabari metro stansiyası ərazisini tam mühasirəyə alıblar. Hazırda metroya giriş bağlanıb.

13.51

Gürcüstanda naməlum şəxslər odlu silahla “Bank of Georgia”nın Tbilisidəki filialına girərək oradakı insanları girov götürüblər.

Bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı elan edib.

Bildirilir ki, filial paytaxtın Avlabari rayonunda yerləşir.

Həmin binada təmir işləri gedir. Ərazi polis tərəfindən mühasirəyə alınıb. Şahidlərin sözlərinə görə, atəş səsi eşidilməyib.