Gürcüstanın Tbilisi şəhərinin ən böyük bazarı olan “Eliava”da yanğın baş verib.
Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, artıq yanğınsöndürənlər və xilasedicilərdən ibarət qruplar əraziyə yola düşüb.
İlkin məlumata görə, tikinti materialları anbarı yanır. Ərazidə güclü tüstü yaranıb. Güclü külək vəziyyəti daha da çətinləşdirib.
Ən son məlumata görə, “Eliava” bazarında baş verən yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mənbə: Sputnik Gürcüstan

