Ankarada İsveçin Şimali Atlantika Alyansına üzvlüyü ilə bağlı protokolun müzakirəsi təxirə salınıb.
Editor.az bildirir ki, bu gün Fuat Oktayın sədrliyi ilə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının iclası keçirilib.
Komissiya üzvləri iclasın gündəliyindəki 7 sənəd, o cümlədən İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolla bağlı qərar qəbul etməyiblər. Müzakirələrin nə vaxt davam edəcəyi hələlik məlum deyil, tarix də müəyyən edilməyib.
Qeyd edək ki, cümə axşamı İsveç hakimiyyətinin Kürdüstan Fəhlə Partiyası (PKK, Türkiyədə qadağan olunmuş) işi üzrə axtarışda olan şəxsi Ankaraya ekstradisiya etdiyi xəbər verilmişdi.
//Samir Qurbanov, Editor.az

