TBMM-nin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən qanun layihəsini imzalayıbbackend

TBMM-nin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən qanun layihəsini imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən qanun layihəsini imzalayıb və baxılması üçün Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Editor.az Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, Qanun layihəsinin əsaslandırmasında qeyd olunur ki, İsveç artıq NATO-ya daxil olmuş Finlandiya ilə birlikdə üzvlük üçün birgə ərizə verməzdən əvvəl də alyansla hərtərəfli və çoxşaxəli əməkdaşlıq həyata keçirib. Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalayıb və ratifikasiya üçün ölkə parlamentinə göndərib.

Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Finlandiya 4 aprel 2023-cü ildə alyansa qəbul edilib, lakin Türkiyə İsveç hakimiyyətindən terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməyi, xüsusən də Türkiyədə terrorçu sayılan Kürdüstan Fəhlə Partiyasına dəstəkdən imtina etməyi tələb edib. İsveçin NATO-ya daxil olması Macarıstan tərəfindən də təsdiqlənməlidir.

//Samir Qurbanov, Editor.az