“Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarının keçirilməsi eyni kökənli türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi və birliyinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, TDT arasında birliyin güclənməsi dünya nizamının dəyişkənliyinin davam etdiyi bir dövrdə türk dövlətlərinin yeni bir parlayan ulduz kimi qlobal proseslərə təsir göstərə bilən bir monolit birliyə çevrilməsinə yol açır:
“Dünyanın bir qütbləşməsinə cəhdlərin davam etdiyi bir dövürdə TDT yeni bir siyasi, iqtisadi və humanitar güc kimi meydana gəlir və birliyimiz ümumi gücümüzü artırır. Xüsusilə 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək TDT-nin qeyri-rəsmi Zirvə toplantısı xüsusi əhəmiyyəytə malik olduğunu hesab edirəm. Çünki bu, TDT-nin artıq Avropa İttifaqının mərkəzində yeni bir türk birliyinin nümayişidir. Təbii ki, bu, həm də ümumi sözümüzün dünyada çəkisinin və gücünün artması deməkdir”.
//Gülnarə Abasova, Editor.az