Tebasdan Əl-Xelayfiyə sərt sözlərbackend

Tebasdan Əl-Xelayfiyə sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin prezidenti Nassir Əl-Xelayfi  Kilian Mbappe barəsində açıqlama vermişdi. Editor.az “sporx” a istinadən xəbər verir ki, Əl-Xelayfinin cavabı gecikməyib. La-Liqanın prezidenti Xavyer Tebas Əl-Xelayfinin açıqlamasına münasibət bildirib.

“Əl-Xelayfi başqa səviyyədə bir adamdır. Hamımızı axmaq hesab edir. Yalanlarına özü belə inanır. O, təkəbbürlü biridir. Hiylənin olmadığı bir futbol üçün mübarizəni davam etdirəcəyik”,- deyə Xavyer Tebas bildirib.

Xatırladaq ki, La-Liqanın rəhbərliyi maliyyə “Fair-play” qaydalarını pozduğu üçün PSJ-dən UEFA-ya şikayət ediblər.

Qeyd edək ki, Nassir Əl Xelayfi “Real Madrid”in Mbappeyə daha çox reklam sponsorluğu təklif etdiyini ancaq buna rəğmən Mbappenin klubda qaldığını bildirmişdi.

//Nəzərbəy Hacıağayev, Editor.az