TƏBİB-dən karantin rejimi ilə bağlı açıqlamabackend

TƏBİB-dən karantin rejimi ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər koronavirusa yoluxma sayında artım var”.

 

Editor.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, bu, gözlənilən prosesdir: “Mərhələli olaraq sərtləşmə rejimindən çıxdıq. Kafe-restoranlar, məktəblər açıldı. Bu artımda hər birimizin rolu var”.

 

Onun sözlərinə görə, yanvarın 18-dən vaksinasiyaya başlanılıb: “Azərbaycan dünya ölkələrində ilklərdən idi. Vakansiya çox yaxşı gedir və mərhələli şəkildə davam edir. Bütün bölgələrdə vaksinasiya prosesi gedir. Son müşavirədən sonra bizə verilən tapşırığa əsasən vaksinasiyanı sürətləndirməliyik”.

 

Y. Qarayeva bildirib ki, vaksinasiya yeni bir şey  deyil, 100 illərdir insanları ölümcül və qorxunc xəstəliklərdən qoruyub: “Vaksinasiyadan qorxmamalıyıq. Onun kiçik fəsadlarından çəkinməməliyik”. (APA)