TƏBİB Tağı Əhmədovun vəfatı haqda: Çağırış daxil olduqdan 7 dəqiqə sonra imtina qeydə alındıbackend

TƏBİB Tağı Əhmədovun vəfatı haqda: Çağırış daxil olduqdan 7 dəqiqə sonra imtina qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Editor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verirlib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.10.2024-cü il tarixində saat 21:00 radələrində Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Saat 21:07-də çağırışdan imtina qeydə alınıb”, – deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov vəfat edib.