Təbriz helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin digər üzvləri ilə vidalaşırbackend

Təbriz helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin digər üzvləri ilə vidalaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Təbriz şəhərində helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və İran nümayəndə heyətinin digər 7 üzvü ilə vida mərasimi başlayıb.

Editor.az yerli “Tasnim” agentliyinə istinadən xəbər verir ki, mərasimdə bir neçə min insan iştirak edir. Mərasimin sonunda həlak olanların cənazələri olan tabutlar paytaxt məscidində qılınacaq ümumi anım namazı üçün Tehrana göndəriləcək. Rəisi məmləkəti Məşhəddə, İmam Rza məqbərəsində dəfn olunacaq.

Xatırladaq ki, qəza mayın 19-da baş verib. Onların arasında İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir-Abdollahian da olub. Helikopter İranın Şərqi Azərbaycan əyaləti yaxınlığında qəzaya uğrayıb.

İranda beş günlük matəm elan edilib. İranın birinci vitse-prezidenti Məhəmməd Moxber prezident səlahiyyətlərini icra edir.

//Samir Qurbanov, Editor.az