Təbrizdə daha üç etirazçı gəncə həbs cəzası verildi – FOTObackend

Təbrizdə daha üç etirazçı gəncə həbs cəzası verildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi üç etirazçı gənc barəsində 10 il həbs qərarı çıxarıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, Əmir Hüseyn Möhsüni, Əmir Hüseyn Rzayi və Arəş Əhmədi adlı təbrizli gənclər etiraz aksiyalarına qoşulduqları üçün cəzalandırılıblar.

Onlara qarşı “dövlət əmlakına zərər vurmaq, “Molotov kokteyli” hazırlamaq və iğtişaşlara cəhd” ittihamları irəli sürülüb.

Xatırladaq ki, bir müddət öncə İranda molla rejimi azərbaycanlı rəssam qızı, Təbriz İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsinin tələbəsi Şaqaiq Əlizadəni həbs edib. Bundan başqa, “Şühəda” xəstəxanasının ortoped rezidenti, doktor Rza Rzazadə Təbrizin mərkəzi həbsxanasına köçürülüb. Təxminən bir ay öncə isə İranın Təbriz şəhərində baş tutan etirazlarda həbs edilən üç uşaq atası Heydər Əzimi ETTELAAT-ın müstəntiqləri tərəfindən işgəncələr altında öldürülüb.