Təbrizdə hökumətyönümlü məddahın meyiti tapıldı – FOTObackend

Təbrizdə hökumətyönümlü məddahın meyiti tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda hökumətyönümlü məddah Habil Afaq Azər güllələnib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Onun meyiti Təbriz şəhərinin Bəsic meydanı yaxınlığında, Əl-Bəqi bölgəsində tapılıb.

Bildirilir ki, hökumətyönümlü mədhiyyəçilərdən hesab edilən Habil Afaq Azər Türkiyə və Azərbaycanda İranın siyasi-dini ideologiyasını yayan missionerlərdən olub.

O, məddahlıq mərasimlərində çıxış etmək üçün İran hökuməti tərəfindən dəfələrlə xarici ölkələrə göndərilib.