Təcavüzdə günahlandırılan nazir mühakimə olunmayacaqbackend

Təcavüzdə günahlandırılan nazir mühakimə olunmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada təcavüzdə günahlandırılan daxili işlər naziri Gerald Darmanin üçün mühakimə edilməməsinə qərar verilib.

Editor.az xəbər verir ki Fransa mətbuatında yer alan xəbərə görə, Darmaninə qarşı istintaqın tamamlandığı və mühakimə olunmamaq qərarına gəldiyi bildirilib. Hakimlər isə yekun qərarını Paris Prokurorluğunun mövzu ilə bağlı son dəyərləndirməsinən sonra verəcəyi qeyd edilib. Hakimlərin yekun qərarında cinayət işi açılmayacağı gözlənilir.

Darmaninə qarşı 2018 -ci ilin yanvarında təcavüz ittihamı ilə istintaq başladılıb. İstintaq 2009 -cu ildə Darmanin tərəfindən təcavüz edildiyini iddia edən bir qadının Paris Prokurorluğuna şikayəti ilə başladılmışdı.

Qeyd edək ki, Paris Prokurorluğu Darmaninə qarşı təcavüz ittihamı ilə əlaqədar istintaqı 2018 -ci ilin fevralında dayandırsa da, Paris Apellyasiya Məhkəməsi 9 iyun 2020 -ci ildə istintaqın yenidən başlamasına qərar verib.

Darmanin şikayətçi qadınla münasibət qurduğunu etiraf etsə də təcavüz ittihamını rədd edib.

//Gülnarə Abasova, Editor.az