Təcavüzə məruz qalan 12 yaşlı qız öldübackend

Təcavüzə məruz qalan 12 yaşlı qız öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Southport şəhərində evinin yaxınlığındakı parkda fevral ayında iki dəfə fiziki zorakılığa məruz qalan Semina anası tərəfindən çəkilən görüntülərdən sonra bir qrup qız tərəfindən yumruq, təpiklə döyüldüyü görülüb. Anası Halliwell qızının görüntülərini paylaşaraq “Bütün ölkənin qızımın yaşadıqlarını görməsini istəyirəm. Körpəmə ədalət gətirilənə qədər dayanmayacağam” deyib.

Editor.az xarici mediaya istinadən xəbər verie ki, iyun ayında qızının dəfnindən sonra da sosial mediadan qorxunc mesajlar almağa davam etdiyini iddia edən ana Snapchat -da qızının ölümünün ekran görüntüləri ilə lağa qoyulduğu və qızının cəsədini atmaqla təhdid edildiyini bildirib.

Ana qızına təcavüz edildikdən sonra fiziki zorakılığa məruz qaldığını və 12 yaşındakı qızın bunlarla mübarizə apara bilməyərək intihar etdiyini söyləyib.

//Gülnarə Abasova, Editor.az