Təcavüzə uğrayan uşağın xarici görünüşü və davranışında hansı hallar müşahidə edilir? -Valideynlər DİQQƏTLİ OLMALIDIRbackend

Təcavüzə uğrayan uşağın xarici görünüşü və davranışında hansı hallar müşahidə edilir? –Valideynlər DİQQƏTLİ OLMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vaxtlar ölkəmizdə uşaq təcavüzü faktları artıb. Uşaqlara edilən təcavüzlər əsasən yaxın ətrafı tərəfindən başlayır. Araşdırmalar göstərir ki, birinci dərəcəli qohum,uzaq qohum, qonşular bu təhlükəni yarada bilir. Azyaşlı məktəblilərə “atan və ya anan səni çağırır”, “gəl, sənə şokolad alacağam və ya oyuncaq alacağam” deyərək planlaşdırılır”.

Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq uşaqların təcavüzə uğradığının necə müəyyən edilməsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib:

“”Təcavüzə uğrayan uşağın xarici görünüşü və davranışında bəzi xoşagəlməz halları müşahidə etdikdə nə etməliyik?” sualı hər kəsi düşündürür. Uşaq oturmaqda və yeriməkdə çətinlik çəkirsə, bədənində fiziki zorakılıqdan xəbər verən izlər varsa, cinsi mövzularda çox bilgiyə sahibdirsə və bunları dilə gətirirsə diqqətli olmaq lazımdır. Eyni zamanda, bir anda sinir krizi keçirən duyğularına nəzarət edə bilməyən, yaşıdları ilə ünsiyyət etməkdə çətinlik çəkən, tez bir zamanda çəki alıb və ya verən, fiziki təmasdan qaçan uşaqlarda təcavüzə uğrama halları müşahidə oluna bilər. Digər tərəfdən belə hallarda uşaqlar yuxu problemi yaşayır və dırnaq yemə davranışı varsa, özünə və yaxınlarına güvənsiz davranırsa, özünə qapalıdırsa, daim özünü günahkar hesab edirsə, utancaqlıq,aqressiya depressiv hallar yaşayırsa, çəkdiyi şəkillərdə genital bölgəni vurğulayırsa, qorxu hissi, iyrənmə, tez-tez uzun müddətli yuyunma istəyi varsa, heç bir səbəb olmadan qarın nahiyəsində ağrı şikayətləri, iştahın azalması, yuxu pozuntusu, ruh halının tez-tez dəyişməsi, qaranlıq qorxusu, ürək bulanma və qusma halları da müşahidə olunur. Övladınızda bu narahatlıqları müşahidə etdikdə mütləq psixoloqa müraciət edin. Azyaşlılar təcavüzə uğradıqlarını ailə üzvləri və ya başqa şəxslərə danışmır, hiss etdirirlər”.

//Gülnarə Abasova, Editor.az