TƏCİLİ: ABŞ-nin strateji bombardmançısı QƏZA SİQNALI VERDİ – FOTObackend

TƏCİLİ: ABŞ-nin strateji bombardmançısı QƏZA SİQNALI VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-yə məxsus strateji bombardmançı təyyarə Böyük Britaniya üzərində qəza siqnalı göndərib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat uçuşları izləyən “Flightradar24” xidmətinin məlumatlarında yer alıb.

Məlumata görə, Boeing “B-52H Stratofortress” tipli hərbi təyyarə Bristol şəhərindən şərqdə olarkən “7700” (fövqəladə vəziyyət) kodu ilə siqnal yayıb.

Təyyarə hazırda yerüstü vasitələrlə izlənilir, lakin hündürlük 300-600 metrdən aşağı düşərsə, onun radarlardan itəcəyi ehtimal olunur.

Qeyd edək ki, bu, son günlərdə baş verən yeganə oxşar hadisə deyil. Fevralın 17-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing WC-135R” reaktiv təyyarəsi də Britaniya sahillərinə yaxınlaşarkən göyərtədə ümumi fövqəladə vəziyyəti bildirən “Squawk 7700” siqnalı verib.