ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi endirib.
Bu barədə Şərqi Azərbaycanın Böhranların İdarə Edilməsi İdarəsinə istinadən ISNA məlumat yayıb.
Şərqi Azərbaycanın Böhranların İdarə Edilməsi İdarəsinin baş direktoru Məcid Fərşi bildirib ki, Neft-Kimya Müəssisəsinə hava zərbəsi endirilib, obyektə ziyan dəyib, amma bu, benzin istehsalını dayandırmayıb:
“Bu hücumlarda Təbrizin 2 mülki nöqtəsi, o cümlədən Təbriz hava limanının idarəetmə qülləsi və uçuş-enmə zolağı, eləcə də Təbriz Neft-Kimya Müəssisəsi hədəf alınıb. Xoşbəxtlikdən bu iki hücumda ölən və yaralanan olmayıb”.
Musavat.com

