Son zamanlar Türkiyədə də bir çox insanı öz şəbəkələrinə cəlb edən qeyri-qanuni mərc və qumar oyunlarına qarşı əməliyyatlar bütün sürəti ilə davam edir.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya 16 vilayətdə təşkil edilən ‘Siberağ-13’ əməliyyatları haqqında məlumat verib.
Nazir Yerlikaya, 16 vilayətdə həyata keçirilən əməliyyatlar çərçivəsində aralarında sosial mediaya təsir edənlər və sosial media tətbiqlərində yüksək izləyicisi olan şübhəlilər də daxil olmaqla 27 nəfərin tutulduğunu açıqlayıb.

Tutulanlar arasında Raperin Yılmaz da var.

Əməliyyatlar zamanı tutulan Instagram məşhurlarının siyahısı belədir:
film10linee (F. Koç)
BuseKorkmaziniz (Z.B. Korkmaz)
MustafaYilmazOfficial01 (M. Yılmaz)
BurakAkyüz (B. Akyüz)
Raperin_Ylmaz (P. Mızrak)
Serpivazz (U.D.Lafcı)
Baver.Ozatesx (B.Özateş)
EnesGunes544 (E. Güneş)
CanerOzdemirKol (C. Ayirgül)
Busesahq (B. Şahin)
Nevruznurronlinee (N. Akın)
Fevzi.Motovlog (F. Demircan)
1BilalBdk (M.B. Budak)
Orcunkaya_kuafor (M.O. Kaya)
İdriscan.73 (İ. Can)
Qanunsuz mərc əməliyyatında saxlanılan Salim Çato, Zeynep Buse Korkmaz və Elanur Bulut adlı şəxslər həbs edilib.
Buse Şahin sərbəst buraxıldı. 3 qaçaq axtarılır.

