Qətərdə hərbi vertolyot qəzaya uğrayıb.
Musavat.comxəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib.
Məlumata görə, qəza planlı təlim uçuşu zamanı baş verib. Qətər Müdafiə Nazirliyi bildirib ki, vertolyot texniki nasazlıq səbəbindən idarəetməni itirib və dənizə düşüb. Vertolyotda 7 nəfər olub.
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, vertolyot Qətər-Türkiyə birgə komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirirmiş. Həlak olanlar arasında Türkiyə Silahlı Qüvvələrinin 1 hərbçisi, 2 ASELSAN texniki mütəxəssisi və Qətər Silahlı Qüvvələrinin 4 əməkdaşı yer alır.

