TƏCİLİ! İrandan Azərbaycana ŞOK TƏHLÜKƏ… – Nə baş verir?backend

TƏCİLİ! İrandan Azərbaycana ŞOK TƏHLÜKƏ… – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın son dövrlərdə region ölkələrinə, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı sərgilədiyi hərbi-siyasi davranışlar və rəsmi Tehranın bu hadisələrdəki “dövlət məsuliyyəti” məsələsi yenidən gündəmə gəlib. Xüsusilə dron və raket hücumları ilə bağlı verilən bəyanatlarda İran tərəfinin “bu, dövlət qərarı deyil” tezisi məsələnin pərdəarxası məqamlarını və idarəetmədəki xaosu şübhə altına qoyur.”

Bu sözləri “Tv Musavat”ın canlı efirində REAL Partiyasının sədri Natiq Cəfərli deyib.

O bildirib ki, hərfi mənada dövlətin vahid qərar vermə mexanizminin yığışaraq Naxçıvana və ya Türkiyəyə zərbə endirmək barədə rəsmi qərar verməsi inandırıcı görünməyə bilər və əsl təhlükə məhz buradadır. Onun sözlərinə görə, əgər ortada vahid bir “başbilən” olsaydı, onunla danışıqlar aparmaq və zəmanət almaq mümkün olardı, lakin hazırda İranın idarəetmə sisteminin “üfüqi” formaya keçməsi müxtəlif maraq qruplarının yaranmasından xəbər verir. Cəfərli qeyd edib ki, illərdir SEPAH-ın və digər strukturların Azərbaycana qarşı işlətdiyi ritorikanı, yaydıqları görüntüləri nəzərə alsaq, təhlükə hər zaman mövcuddur.

Partiya sədrinin sözlərinə görə, buna baxmayaraq, Azərbaycanın İranın təhlükə siyahısında ilk yerlərdə dayandığını düşünmək məntiqsiz olardı. O vurğulayıb ki, İranın yaxınlığında vurulacaq daha böyük hədəflər — Amerika bazaları və davam edən genişmiqyaslı müharibə ocaqları var. Əgər rəsmi Tehranın real imkanları varsa, həmin gücü məhz o bölgələrdə istifadə etməsi onlar üçün daha “məqsədəuyğun” görünür. Cəfərli hesab edir ki, coğrafi mövqeyimiz və bölgədəki xaotik durum səbəbindən ehtiyatlı olmaq və hazırlıq görmək lazımdır, lakin Azərbaycan İranın fraqmental idarəetməsində belə əsas hədəf deyil.

Natiq Cəfərli əlavə edib ki, İranın hazırkı davranışı “alovu hər yerə saçmaq” taktikasına əsaslanır. Onun fikrincə, Tehran ümid edir ki, logistikanın dağılması, neft-qaz qiymətlərinin artması və Körfəz ölkələrindəki anqlo-saks sərmayəsinin təhlükəyə düşməsi bu dövlətləri Donald Trampa təzyiq etməyə vadar edəcək. Partiya sədri qeyd edib ki, bu, strateji plan deyil, sadəcə ucu bilinməyən taktiki addımdır: “Bəlkə də müəyyən panika havası yarada biliblər, lakin hələlik Körfəz ölkələri tərəfindən Amerika rəhbərliyinə müharibəni dayandırmaq üçün ciddi bir basqı müşahidə olunmur”.

Müsavat.com