TƏCİLİ! İsraildə azərbaycanlı raket hücumu nəticəsində həlak oldubackend

TƏCİLİ! İsraildə azərbaycanlı raket hücumu nəticəsində həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə Azərbaycan vətəndaşı raket hüumu nəticəsində həlak olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki Səfirliyi məlumat yayıb.

Bildirilib ki, 9 mart tarixində İsrail ərazisinə həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

“Hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi.

Amid Murtuzov ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.

Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk.

Allah rəhmət eləsin!” – məlumatda deyilir.