TƏCİLİ! Paşinyan Putinlə danışdı – sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASIbackend

TƏCİLİ! Paşinyan Putinlə danışdı – sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, Ermənistan Nazirlər Kabinetindən verilən məlumata görə, Paşinyan Azərbaycanla sülh sazişi layihəsinin razılaşdırıldığını Rusiya liderinə bildirib.

Telefon danışığında Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlardan sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da çıxış edərək bildirib ki, Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında təmasların qurulması üçün platforma təqdim etməyə hazırdır. Onun sözlərinə görə, Moskva prosesin irəliləməsi üçün üzərinə düşəni etməyə davam edəcək.