TƏCİLİ! Putinin “Qiyamət təyyarələri” NATO ölkəsi ilə sərhəddə – ŞOK FOTOLARbackend

TƏCİLİ! Putinin “Qiyamət təyyarələri” NATO ölkəsi ilə sərhəddə – ŞOK FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin elan etdiyi qismən səfərbərlik, itirilmiş torpaqları geri almaq üçün Ukraynanın başlatdığı hücum, Krım körpüsünün partladılması və Kiyevə atılan raketlər…

8 aydır davam edən Ukrayna müharibəsi səbəbindən regionda gərginliyin yüksəldiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putinin üstüörtülü şəkildə səsləndirdiyi nüvə təhlükəsi təkcə Ukraynanı deyil, Qərbi də qorxuya salıb. Putinin mümkün hücumu ilə bağlı onlarla ssenari irəli sürülüb.

İsrailin “ImageSat Intl” kəşfiyyatının əldə etdiyi görüntülər nüvə hücumu ilə bağlı narahatlıqları artırıb.

NATO üzvü olan Norveç və Finlandiya sərhədləri yaxınlığında yerləşən Rusiyanın Olenya aviabazasından çəkilən peyk görüntüləri Tu-160 nüvə bombardmançılarının sayının artdığını göstərir.

Böyük əhəmiyyətə malik hava bazasında avqustun 12-də heç bir bombardmançı təyyarə görünməsə də, avqustun 21-də bu rəqəm 4-ə, indi isə 11-ə yüksəlib.

Qeyd edək ki, “Jerusalem Post” iki həftə əvvəl hava bazasında 7 nüvə bombardmançısının “istifadə edilməmiş şəkildə yerləşdirildiyini” iddia etmişdi. Son peyk görüntüləri bu iddianı təsdiqləmişdi.

“Armageddon” və ya “qiyamət təyyarələri” kimi tanınan TU-160 və TU-95-lər adətən Moskvadan 450 mil cənub-şərqdə yerləşən Engels aviabazasında yerləşdirilir. Lakin bombardmançı təyyarələr bu dəfə NATO ölkəsi ilə sərhəddə dayanaraq alyansa üzv ölkələri bir növ təhdid edir.

Adi silahlarla da istifadə oluna bilən TU-160-lar davamlı yanacaq doldurmadan 7500 mil uça və 12-yə qədər qısamənzilli nüvə raketi daşıya bilir.

Tu-95 strateji bombardmançıları isə Putinin hava qüvvələrinin ən böyük təyyarələrindən biri kimi tanınır. Təyyarələr qanadlı raketlər və iri nüvə bombaları daşımağa qadirdir.

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə edilən hücumlarda KH-101 qanadlı raketindən istifadə etdiyi iddia edilir. Qərb mediası yazır ki, Olanyada yerləşdirilən təyyrələr də bu iddianı təsdiqləyir.

Kh/101-lər KH-102-lər kimi havadan yerə – hədəflərə atılan raketlərdən biridir. Raket buraxıldıqdan sonra 30-60 metr hündürlükdən quruya çıxmaqla uçur və hava hücumundan müdafiə sistemlərindən yayınır.

Musavat.com