Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – ŞOK VİDEObackend

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – ŞOK VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda sərhədimizdən – Kirants kəndindən başlayan və İrəvana istiqamətlənən yürüşlə bağlı sensasion video yayılıb.

Editor.az axar.az-a istinadən xəbər verir ki, hərbi geyimli yürüş iştirakçısının Tiktokda canlı efirdə Qarabağ ermənilərinin də etirazlara qatılaraq, silah gətirəcəklərini dediyi bildirilir.

Videoda belə bir danışıq aparıldığı iddiası var:

– Qardaş, bilirəm, biz də gələcəyik, qarabağlılar da yığışacaq.

– Hamı hazırlaşsın, sabah sizə qoşulacam. Xəstəxanada bəzi xırda şeylər var, mən onu həll edəcəm.

– Hətta gizli silahlar da gətirə bilərik…

– Heç kimə heç nə demə!

Qeyd edək ki, İrəvana istiqamətlənən yürüşə arxiyepiskop Baqrat rəhbərlik edir. Yürüş iştirakçıları demarkasiya prosesinin dayandırılmasını tələb edilər.