TƏCİLİ! Rusiya “Zvartnots” aeroportundan ÇIXDIbackend

TƏCİLİ! Rusiya “Zvartnots” aeroportundan ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanın “Zvartnots” hava limanında bu gün, iyulun 31-də “Zvartnots” hava keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi altında Ermənistan tərəfinə verilməsi haqqında Protokolun imzalanması baş tutub.

Məlumata görə, protokolu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan və Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin rəisi general-leytenant Roman Golubitsky imzalayıblar. Protokolda qeyd olunur ki, “Ermənistan tərəfi “Zvartnots” hava keçid məntəqəsində sərhəd nəzarətinin təmin edilməsi üzrə uzunmüddətli birgə xidmətə görə Rusiya tərəfinə təşəkkür edir və Rusiya tərəfinə qarşı heç bir şikayətinin olmadığını bildirir”.

Musavat.com