“Təcili şəkildə Türkiyəyə…” – Geri çəkdikləri addımda Rusiya detalıbackend

“Təcili şəkildə Türkiyəyə…” – Geri çəkdikləri addımda Rusiya detalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət katibi Entoni Blinken Konqresə müraciət edərək, Türkiyə və Hindistan kimi ölkələrə xarici hərbi satış proseslərinin daha tez və səmərəli şəkildə həyata keçirilməsinin lazım olduğunu bildirib.

Blinken Konqresi bu kimi önəmli məsələlərə daha çox diqqət ayırmağa çağırıb.

“Xarici satışlar, xüsusən də təcili satışlarla daha yaxşı məşğul olmalıyıq. Bu, əlbəttə ki, Konqreslə yanaşı, hakimiyyətə də aiddir. Bu, vacib məqamdır, çünki biz bu ölkələrlə tərəfdaşlıq məsələsində eyni mövqedəyik. Rusiya ilə uzun müddətdir müdafiə sahəsində əlaqələri olan bir çox ölkələr bu münasibətlərinə yenidən baxırlar”, – dövlət katibi vurğulayıb.

ABŞ-ın müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlıqda buraxdığı boşluğun Rusiya tərəfindən doldurulduğunu deyən Blinken Ağ Evin bu ölkələrə silah satışı prosesini sürətləndirmək üçün Konqreslə daha yaxından işləməyə hazır olduğunu əlavə edib.

ABŞ Dövlət Departamentinin bu yaxınlarda Konqresə göndərdiyi məktubda “F-16” qırıcılarının Türkiyəyə satışının ABŞ-ın maraqlarına uyğun olduğu bildirilib.

ABŞ bu günədək sözügedən qırıcıların Türkiyəyə satışı prosesini müxtəlif bəhanələrlə uzadır.

Teleqraf.com