Təcili tibbi yardım helikopteri qəzaya uğrayıb: Ölən varbackend

Təcili tibbi yardım helikopteri qəzaya uğrayıb: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Volqoqrad vilayətində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

İlkin məlumatlara görə, “Ansat” helikopteri Volqoqrad yaxınlığındakı Erzovka kəndinə, daimi dislokasiya yerinə uçurmuş. Səhiyyə idarəsindən bildiriblər ki, helikopterin göyərtəsində sərnişin olmayıb və helikopter sərnişinlər olmadan bazaya qayıdarkən qəzaya uğrayıb.

Pilot hadisə yerində dünyasını dəyişib.

  //Samir Qurbanov,Editor.az