TƏCİLİ! Türkiyə dünyaya MEYDAN OXUDU: Lazım olsa S-400-lər İSTİFADƏ OLUNACAQbackend

TƏCİLİ! Türkiyə dünyaya MEYDAN OXUDU: Lazım olsa S-400-lər İSTİFADƏ OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qeyri-müəyyənlik və təhdidlərin heç azalmadığı bir bölgədə uzunmənzilli regional hava və raket hücumundan müdafiə sistemi ehtiyacı çərçivəsində tədarük olunan S-400-lər haqqında polemika yaradılmağa çalışıldığını görürük.
KAİM.az-ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Xüsusilə bu gün yaşanan Rusiya-Ukrayna böhranı bu silahların lazımlılığını yenidən ortaya qoyur. S-400-lərin niyə alındığı dəfələrlə açıqlanıb, səbəbləri, nəticələri, prosesin özü barədə ictimaiyyətə məlumat verilib”, – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, S-400-lərin harada istifadə olunacağı barədə sualın cavabı kifayət qədər aydındır:
“Kim raketlə ölkəmizə hücum etsə, orada istifadə olunacaq. Bir də “S-400-lər anqarda gözləyir” deyirlər. S-400-lər harada gözləməlidirsə, orada gözləyir. Təbii ki, bunlar gizli mövzulardır. Ehtiyac olacağı halda bu sistemin istifadəsinə dair bütün hazırlıqların aparıldığını və prosesin lazımı şəkildə inkişaf etdiyini bilirik”.