MMA döyüşçüsü Zəlimxan Yusupov Dağıstanın Mahaçqala şəhərində güllələnib.
Editor.az Lent.az-a istinadla bildirir ki, ilkin məlumatlara görə, buna onun narkotik aludəçiliyi səbəb olub.
Bir qrup gənc küçədə sərxoş döyüşçüyə yaxınlaşıb. Onların arasında münaqişə başlayıb və odlu silahdan istifadə edilib.
Yusupova 4 güllə – ayağından, qolundan və budundan vurulub. O, tibb müəssisəsinə yerləşdirilərək, əməliyyat olunub.
Hazırda o, həkim nəzarətindədir. Hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır.

