Tehran “3+3” platformasını tam dəstəkləyirbackend

Tehran “3+3” platformasını tam dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran “3+3” platformasının işini vacib hesab edir. Bunu İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Danışıqlar Qalibafın Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün gəldiyi Bakıda baş tutub.

Görüş zamanı Qafarova və Qalibaf hazırda Cənubi Qafqazda açılan yeni imkanlar və təzə perspektivləri müzakirə ediblər, bununla bağlı tərəflər Bakı və Ankaranın təşəbbüsü ilə başlanmış “3+3” formatının əhəmiyyətinə diqqət çəkiblər. Parlament spikerləri qeyd ediblər ki, xarici qüvvələrin bölgəyə gətirilməsindən yaxşı heç nə gözləmək olmaz. Qalibaf bildirib ki, Tehran “3+3” platformasını tam dəstəkləyir. O, bu formatın regionda sülh və sabitliyin bərqərar olmasında, siyasi və iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

//Samir Qurbanov, Editor.az