Tehran bu şərtlə Vaşinqtonla danışıqlar aparmağa razıdırbackend

Tehran bu şərtlə Vaşinqtonla danışıqlar aparmağa razıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın dini lideri Ayətullah Əli Xameneinin müşaviri Kamal Xərrazi bildirib ki, Tehran nüvə proqramı ilə bağlı Vaşinqtonla danışıqlar aparmağa razıdır.

Lakin bu, yalnız Ağ Evin İranın fikirlərini nəzərə almaq şərti ilə baş verə bilər: “Onlar ilk addımı atmalı və bizimlə müəyyən etdiyimiz şərtlər əsasında danışıqlar aparmağa hazır olduqlarını göstərməlidirlər. Bu, bərabərlik və qarşılıqlı hörmətə əsaslanmalıdır”, – Kamal Xərrazi bildirib.
Müşavir həmçinin vurğulayıb ki, İran nüvə silahı hazırlamağa çalışmır. İranın prioriteti ballistik raket istehsalı deyil, yalnız nüvə proqramını müzakirə etməkdir.

Onun sözlərinə görə, Tehran nüvə yanacağından mülki məqsədlər üçün, əsasən tibb sahəsində istifadə etməyə çalışır. Xərrazi qeyd edib ki, o, ABŞ prezidenti Donald Trampa iranlı həmkarları ilə münasibətlərdə “müsbət yanaşma” saxlamağı məsləhət görür, əks halda onlardan gələn təhdidlərə cavab verə bilər.

//Samir Qurbanov, Editor.az