Tehran İsrailin ötən şənbə günü baş katibi öldürülən Livan “Hizbullah”ına qarşı hərəkətlərini pisləsə də, Livana qoşun göndərməyəcək.
Editor.az bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib. Onun sözlərinə görə, müdaxilə etməmək siyasəti Livanın öz sərhədlərini müstəqil şəkildə müdafiə edə bilməsi ilə diktə olunur.
Buna baxmayaraq, diplomat əmin edib ki, İran İsrailin heç bir cinayətini cavabsız qoymayacaq.
//Samir Qurbanov, Editor.az